29 Aprel 2024
Yasamalda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edildi

Yasamalda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edildi

12 Noyabr 2021
Baxış: 811

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə yanıb.

Bu barədə AJMEDİ.İNFO Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.