30 Aprel 2024
Yaponiyanın Baş Naziri daha üç prefekturada fövqəladə vəziyyət rejimini ləğv edib

Yaponiyanın Baş Naziri daha üç prefekturada fövqəladə vəziyyət rejimini ləğv edib

21 May 2020
Baxış: 467

Mayın 21-də Yaponiyanın Baş Naziri Şinzo Abe COVID-19 pandemiyası ilə əlaqədar daha üç prefekturada fövqəladə vəziyyət rejiminin ləğv olunduğunu bəyan edib.

AJM xəbər verir ki, Osaka, Kioto və Hyoqo prefekturalarında fövqəladə vəziyyət rejimi ləğv olunsa da, paytaxt Tokioda, ona yaxın üç prefekturada və Hokkaydoda bu rejim saxlanılıb.

Bu barədə NHK telekanalında məlumat verən Baş Nazir bildirib ki, mayın 25-də mütəxəssislərin rəyi nəzərə alınaraq fövqəladə vəziyyət rejimi digər prefekturalarda da aradan qaldırıla bilər.

Xatırladaq ki, ötən həftə Ş.Abe fövqəladə vəziyyət rejimini ölkənin 47 prefekturasından 39-da ləğv edib. Buna əsas kimi, Yaponiyada 100 min əhaliyə düşən yoluxanların sayı cəmi 0,5 nəfər təşkil edir.

Əlavə olaraq bildirək ki, son məlumatlara əsasən, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 17 min 145 nəfərə çatıb. Onlardan 12 min 939-nun sağalaraq xəstəxanaları tərk etdiyi, 797-nin isə öldüyü bildirilir.