30 Aprel 2024
Yağış və sulu qar yağdı - FAKTİKİ HAVA

Yağış və sulu qar yağdı - FAKTİKİ HAVA

18 Oktyabr 2023
Baxış: 464

Bu gün saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda sulu qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, oktyabrın 17-si gün ərzində bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Şəki, Qax, Astarada 8 mm, Yardımlıda 6 mm, Lerik, Oğuz, Şahdağ, Ordubad, Gədəbəy, Sədərək, Mingəçevir, Qəbələ, Lənkəran, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Qobustan, Biləsuvar, Sabirabad, Cəfərxan, İsmayıllı, Yevlax, Balakən, Zaqatala, Göyçay, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Quba (Qrız), Qax, Göygöl, Daşkəsən, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Oktyabrın 17-də müşahidə olunan güclü şimal-qərb küləyi 18-i səhər saatlarından 8-13 m/s-dək zəifləyib.