29 Aprel 2024
Xalq artisti Röyanın qardaşının toyuna geyindiyi libas replika çıxdı - FOTOLAR

Xalq artisti Röyanın qardaşının toyuna geyindiyi libas replika çıxdı - FOTOLAR

06 İyul 2022
Baxış: 2002

Ötən gün Xalq artisti Röya Ayxanın ifaçı qardaşı İsmayıl Nəcəfovun toy mərasimi baş tutub.

AJMEDİA.İNFO-nun məlumatına görə, gecədə diqqət çəkən məqamlardan biri də Röyanın geyindiyi uzun, üzəri daş-qaşlarla bəzədilmiş, dərin dekolteli libası olub.

Sözügedən geyimin fransız moda evlərindən birinin Hollivud ulduzu Odri Hepbernin “Mənim gözəl ledim” filmindəki bal səhnəsindəki obrazından təsirlənərək hazırladığı libasın oxşarı olduğu üzə çıxıb.

Xalq artistinin libası isə yerli atelyelərin birində biçilərək, ərsəyə gətirilib.