29 Aprel 2024
Xalq artisti Röya Ayxan şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

Xalq artisti Röya Ayxan şəhidin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı oxudu - VİDEO

11 Avqust 2022
Baxış: 531

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə müğənni studiyada oxuduğu mahnı ilə bağlı anları instaqramda paylaşıb:

“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”.

“Yada düşürsən” mahnısının bəstəkarı Fərid Kərimliyə məxsusdur. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə itafən yazılan sözləri qiraət edib.

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev I Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.