30 Aprel 2024
Vilayət Eyvazov işdən çıxardığı DYP rəisinə "MERO"da VƏZİFƏ VERDİ - FOTO

Vilayət Eyvazov işdən çıxardığı DYP rəisinə "MERO"da VƏZİFƏ VERDİ - FOTO

28 İyun 2021
Baxış: 999

Astara rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru İlqar Rəhimzadəyə yeni vəzifə verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, İ.Rəhimzadə Lənkəran şəhərində yerləşən 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ("MERO") inspektoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, ötən ay Astara DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.(unikal.org)