30 Aprel 2024
"Ukraynanın paytaxtı Kiyevi VURACAĞIQ" - RUSİYA

"Ukraynanın paytaxtı Kiyevi VURACAĞIQ" - RUSİYA

14 Aprel 2022
Baxış: 471

Rusiya ərazisində təxribat cəhdləri davam edərsə, Ukraynanın qərar qəbuletmə mərkəzlərinə zərbələr endiriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

“Biz Ukrayna qoşunlarının Rusiya Federasiyası ərazisindəki obyektlərə təxribat cəhdləri və zərbələr endirdiyini görürük. Belə hadisələr davam edərsə, Rusiya Federasiyası Silahlı Qüvvələri qərar qəbuletmə mərkəzlərinə, o cümlədən Kiyevə zərbələr endirəcək, Rusiya ordusu indiyədək bunu etməkdən çəkinib”, - Konaşenkov vurğulayıb.