29 Aprel 2024
Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı daha bir SUİ-QƏSD CƏHDİ - FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı daha bir SUİ-QƏSD CƏHDİ - FOTOLAR

22 Mart 2022
Baxış: 447

Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

Bu barədə AJMEDİA.İNFO UNIAN-a istinadən xəbər verir.

Məlumata görə, Ujqorodda hərbi əks-kəşfiyyat əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidməti agentinin rəhbərlik etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Qeyd olunub ki, sözügedən qrup Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribatlar törətməyi planlaşdırıb.

Bunun üçün 25 nəfərlik dəstənin silahlarla və maşınlarla təzhic olduğunu da bildirilib.