29 Aprel 2024
Ukrayna ordusu son sutkada Rusiyanın İran istehsallı 36 PUA-sını məhv edib

Ukrayna ordusu son sutkada Rusiyanın İran istehsallı 36 PUA-sını məhv edib

26 May 2023
Baxış: 425

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 36 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada həmçinin qarşı tərəfin 1 “Su-25” təyyarəsi vurulub.

“Bundan başqa düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 ərazi, 1 sursat anbarı, 1 radiolokasiya stansiyası və 2 artilleriya diviziyası məhv edilib”, - Baş Qərargahdan bildirilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Teqlər: