29 Aprel 2024
Türkiyənin İraqdakı hərbi bazasına HÜCUM EDİLDİ - ƏTRAFLI

Türkiyənin İraqdakı hərbi bazasına HÜCUM EDİLDİ - ƏTRAFLI

22 May 2022
Baxış: 460

İraqın şimal-şərqində Türkiyə hərbi bazası hücuma məruz qalıb.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, hücuma Mosul yaxınlığındakı Zlikan düşərgəsi tuş gəlib.

Hərbi obyektə partlayıcı ilə təchiz edilmiş iki dron vasitəsilə hücum edilib.

Aksiyaya görə məsuliyyət hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, bu, Türkiyə hərbi bazasına partlayıcılı dronlarla ilk hücum olub.