29 Aprel 2024
Türkiyədə daha 2 hərbi bazaya HÜCUM OLDU

Türkiyədə daha 2 hərbi bazaya HÜCUM OLDU

21 May 2021
Baxış: 753

Türkiyənin Batman şəhərində iki hərbi obyektə dronla hücum olunub.

AJMEDİA.info Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

“Pilotsuz təyyarələrin və Şırnakdakı 23-cü Piyada Diviziyasının komandanlığının yerləşdiyi Batmandakı bazamıza dron vasitəsilə hücum olunub”,- deyə Soylu qeyd edib.

Dronlar zərərsizləşdirilib, itkinin olmadığı bildirilir.

Bu, son üç gündə Türkiyənin hərbi obyektlərinə edilən ikinci belə hücumdur. Belə ki, mayın 19-u Türk Hava Qüvvələrinin Diyarbəkirdəki bazasına uzaqdan idarə olunan maket təyyarə vasitəsilə hücum cəhdi olmuşdu.