06 May 2024
Qazimiz Türkiyədə VƏFAT ETDİ - FOTO

Qazimiz Türkiyədə VƏFAT ETDİ - FOTO

24 Aprel 2024
Baxış: 301

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib.

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilib. Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Qeyd edək ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.