29 Aprel 2024
"Türkiyə hərbi bazası Laçın və Kəlbəcərdə yerləşdiriləcək" - Politoloqdan SENSASİON AÇIQLAMA

"Türkiyə hərbi bazası Laçın və Kəlbəcərdə yerləşdiriləcək" - Politoloqdan SENSASİON AÇIQLAMA

08 Sentyabr 2021
Baxış: 1017

"Artıq Türkiyənin hərbi bazasının yaxın vaxtlarda Laçında və yaxud Kəlbəcərdə qurulmasının şahidi ola bilərik".


"Rusiya Qarabağa tam nəzarət etmək üçün siyasi təziqləri həyata keçirməyə çalışır".


Bunu AJMEDİA.İNFO-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd etdi ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda etnik ermənilərin yaşadığı ərazilərdə fəaliyyəti bundan irəli gəlir:


"Rusiyanın bu siyasətinin qarşısının alınması istiqamətində prezident İlham Əliyev tərəfindən tədbirlər həyata keçirilir. Rusiya Qarabağda məhz prosesi böhrana yuvarlamaq üçün, separatçılara tam dəstəyi ifadə etmək üçün Gürcüstanın Abxaziya regionunda hərbi qüvvələrinin komandanını Qarabağda sülhməramlı qüvvələrinin komandanı vəzifəsinə gətirir. Bundan sonra, biz sülhməramlı qüvvələrinin fəaliyyətində təxribatların genişlənəcəyini gözləməliyik. Rusiya tərəfi bunun komandanın "öz fəaliyyəti" olduğunu qeyd edəcək".

Politoloq Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması məsələsinə də toxundu. O bildirdi ki, yaxın zamanlarda Türkiyə hərbi bazasının Laçın və Kəlbəcərdə yerləşdirəcək:


"Rusiyanın artan siyasi-hərbi təziqlərinin qarşısını almaq və Laçın dəhlizinə nəzarət etmək üçün təzyiqləri artırmaq məqsədilə Türkiyə ordusu ilə Laçında hərbi taktiki təlimlərin keçirilməsi doğru strateji addımdır. Artıq Türkiyənin hərbi bazasının yaxın vaxtlarda Laçında və yaxud Kəlbəcərdə qurulmasının şahidi ola bilərik. Türkiyə hərbi bazasının Laçın və Kəlbəcərdə olması Rusiya və Ermənistanın təxribatlarının qarşısını alacaq. Bu, həm də Zəngəzurda Rusiyanın 102-ci bazasının hərbi bölməsinin qurulmasına cavabdır".

Çağatay Noqay

AJMEDİA.İNFO