30 Aprel 2024
"Texnikalarımız Qarabağdan çıxarılır" - Erməni silahlılarından ETİRAF

"Texnikalarımız Qarabağdan çıxarılır" - Erməni silahlılarından ETİRAF

21 Sentyabr 2021
Baxış: 809

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin hərbi texnikaları əllərindən alınır.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində bir çox paylaşımlar edilib.

Xankəndidə yaşayan Marat Yeqanyan adlı erməni istifadəçi sosial şəbəkə hesabında belə yazıb:

“Hərbi texnikaları Qarabağdan çıxarıb aparırlar”.

O, yazılan şərhlərdən birinə cavab isə olaraq bildirib ki, Xankəndidə texnika daşımaq üçün istifadə olunan çoxlu sayda maşınları müşahidə edib.