29 Aprel 2024
TƏCİLİ AÇIQLAMA: Ukraynada rus hərbiçiləri bu ölkənin fəxri konsulunu girov götürdü

TƏCİLİ AÇIQLAMA: Ukraynada rus hərbiçiləri bu ölkənin fəxri konsulunu girov götürdü

24 Aprel 2022
Baxış: 592

Rusiyanın işğal etdiyi Ukraynanın Melitopol şəhərində Bolqarıstanın fəxri konsulu girov götürülərək nəməlum istiqamətdə aparılıb.

Paytaxt.org bildirir ki, bu barədə Melitopolun şəhər meri İvan Fyodorov milli telemarafonun efirində danışıb.

“Ölkə üzrə 50-dən çox həmkarım oğurlanıb, bu gün 29-u işğalçıların həbsxanalarındadır. Fəallara, iş adamlarına gəlincə, bu, işğalçılar üçün adi təcrübədir, öz fikri, vətənpərvərlik hissləri olan hər kəsi qaçırırlar. Bir neçə saat əvvəl Bolqarıstanın fəxri konsulunun Melitopolda oğurlandığı məlum olub”, – mer vurğulayıb.