30 Aprel 2024
Tarix verildi: Rusiyanın hədəsi işə yaramadı - İki ölkədən ŞOK QƏRAR

Tarix verildi: Rusiyanın hədəsi işə yaramadı - İki ölkədən ŞOK QƏRAR

14 Aprel 2022
Baxış: 593

Rusiya-Ukrayna müharibəsi şiddətləndikcə, Avropanın şimalındakı ölkələrin də narahatlığı artır. Artıq bölgədə Rusiya təhlükəsinə qarşı NATO-ya üzvlük tələbləri yüksək səslə dilə gətirilir.

AJMEDİA.İNFO xəbər verir ki, “The Times for Finland”ın ötən günlərdə irəli sürdüyü “yay aylarında üzvlük” iddiasını bu dəfə İsveçin SvD qəzeti gündəmə gətirib.Qəzetə açıqlamalar verən hökumətə yaxın mənbələr İsveç Baş naziri Maqdalena Anderssonun məsələ ilə bağlı hərəkətə keçdiyini deyiblər.

Ukraynanın NATO-ya üzvlüyü hələlik gündəmdən çıxarılsa da, Rusiyanın digər qonşuları - Finlandiya və İsveçin ittifaqa daxil edilməsi üçün səylərin gücləndirildiyi iddia edilib.

SvD bildirib ki, İsveç hökuməti NATO məsələsi ilə bağlı qərar verib və Baş nazir Maqdalena Anderssonun hədəfi bu ilin iyununda İsveçi NATO-ya üzv etməkdir.

Məqalədə deyilib ki, üzvlük üçün ərizənin iyunun 20-29-da Madriddə keçiriləcək NATO toplantısında təqdim edilməsi planlaşdırılır.

Bu yaxınlarda İngiltərənin “The Times” qəzeti Finlandiyanın üzvlüklə bağlı qərar verdiyi və yayda alyansa qoşulmağa hazır olacağını iddia edib. Həmin məqalədə NATO-nun sammitində Finlandiyadan dərhal sonra İsveçin də müraciət etməsinin gözlənildiyi irəli sürülüb.

Rusiyalı deputat Vladimir Cabbarov isə Finlandiyanın NATO-ya üzv olmasının “dəhşətli faciə” olacağını bildirərək, Helsinkini hədələyib.

Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Rusiyanın “qanuni hədəf” olacağını bildirən deputat vurğulayıb: “Finlandiya bu gedişlə ölkələrinin məhvini təmin edəcək”.

Kremlin sözçüsü Dmitri Peskov da bu barədə Finlandiyaya xəbərdarlıq edib.

Dünəndən etibarən isə Rusiyanın Finlandiya ilə sərhədlərinə ağır texnika yığmasının görüntüləri yayılmağa başlayıb.