29 Aprel 2024
Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”

Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”

06 İyun 2022
Baxış: 450

Tanınmış həkim terapevt Aysel Əskərovanın anası vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə paylaşım edən həkimin iddiasına görə, anası öz əcəli ilə ölməyib, qarət məqsədilə öldürülüb: “Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.

“Qafqazinfo” məsələ ilə bağlı həkimlə əlaqə saxlayıb. O, sayta açıqlamasında bildirib ki, hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib: “Anam 1965-ci il təvəllüdlüdür. Bacım qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”.

Hüquq-mühafizə orqanlarından saytımıza hadisənin araşdırıldığını bildiriblər.(Qafqazinfo)