29 Aprel 2024
Suriya-İsrail sərhədindəki təxribatçılar zərərsizləşdirildi

Suriya-İsrail sərhədindəki təxribatçılar zərərsizləşdirildi

03 Avqust 2020
Baxış: 1430

Avqustun 3-nə keçən gecə IHQ-nin mətbuat xidməti Suriya ilə sərhəddə terror hücumunun qarşısı alındığını bildirib. Ordu mətbuat xidmətindən verilən məlumata görə, Golan yüksəkliklərinin cənubunda pusquda olan İHQ xüsusi təyinatlılarının əsgərləri sərhəd hasarının yaxınlığında partlayıcı qurğular əkən bir qrup terrorçunu aşkar edib.

Dörd nəfərdən ibarət olan terror qruplaşması istiqamətində yerdən və İHQ dronlarının köməyi ilə atəş açılıb. Terrorçular zərərsizləşdirilib.

Ordu Mətbuat Xidməti hadisədə İsrail əsgərlərindən heç birinin yaralanmadığını bildirıb.

İHQ rəsmi Dəməşqin Suriya ərazisindən gələn hər hansı bir düşmənçilik hərəkətinə görə məsuliyyət daşıdığını bəyan edib.
Dəməşq bu məlumatı hələ şərh etməyib.

Teqlər: Təxribat