30 Aprel 2024
SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar başa çatıb

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar başa çatıb

14 Aprel 2024
Baxış: 398

İranın İsrailə qarşı əməliyyatı başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu məlumatı İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.

General-mayor əlavə edib ki, İran Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır.

Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan 13 gün sonra İran cavab addımı atıb.