30 Aprel 2024
ŞOK: Məşhur biznesmen futbolçunun arvadı ilə sevgilidir - FOTOLAR

ŞOK: Məşhur biznesmen futbolçunun arvadı ilə sevgilidir - FOTOLAR

09 Fevral 2022
Baxış: 514

Rusiyalı aparıcı, aktrisa Kseniya Borodinanın keçmiş həyat yoldaşı - 41 yaşlı dağıstanlı biznesmen Kurban Omarov Rusiya yığmasının futbolçusu Fyodor Kudryaşovun həyat yoldaşı Anastasiya ilə sevgilidir.

AJMEDİA.İNFO xəbər verir ki, onların romantik görüşündən fotoları “StarHit” nəşri yayımlayıb.

Cütlük Moskvanın elit restoranlarının birində görüntülənib. Kurbanla Anastasiya gah söhbət edib, gah qucaqlaşıb, gah da öpüşüb. İkili restoranı gecəyarı tərk edib, Kurbanın “Mercedes”ində ərazidən uzaqlaşıb.

Qeyd edək ki, K. Omarov K. Borodinadan olan qızı Teonanın tərbiyəsi ilə məşğul olur. Kurbanın ayrıldıqdan sonra bir neçə qadınla sevgili olduğu iddia olunub. Onun adı şair Anna, kosmetoloq Violetta ilə hallanıb. Lakin, göründüyü kimi, bütün bu fərziyələr həqiqətə uyğun deyil.

Anastasiya ilə Fyodor isə 15 ildən çox bərabər yaşayıb. Onların iki övladı var. Cütlük soyuq münasibətdə olsa da, rəsmi şəkildə boşanmayıb.

Kurban Omarov, Kseniya Borodina və qızları Teona

Anastasiya ilə Fyodor övladları ilə

(Qafqazinfo)