29 Aprel 2024
SOCAR-ın Gürcüstandakı ikinci YDM-də günəş enerjisindən istifadəyə başldı

SOCAR-ın Gürcüstandakı ikinci YDM-də günəş enerjisindən istifadəyə başldı

29 Oktyabr 2021
Baxış: 462

Azərbaycan Dövlət Neft Şitkətinin (SOCAR) Gürcüstandakı artıq ikinci yanacaqdoldurma məntəqəsində (YDM) günəş enerjisindən istifadəyə başlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkəti məlumat yayıb.

Bildirilib ki, Tbilisi dənizi yaxınlığında yerləşən YDM üzərində Almaniyanın “Sonneschmied” şirkəti 200 kvadrat metr ölçüdə günəş panelləri quraşdırıb.

Şirkət gələcəkdə günəş batareyaları vasitəsilə elektrik avtomobillərinin sürətlə yüklənəcəyi mərkəzlərin yaradılmasını planlaşdırır.

Qeyd edək ki, bundan öncə günəş panelləri SOCAR-ın Tbilisidəki Aqmaşenebeli alleyasındakı YDM-də quraşdırılıb.