29 Aprel 2024
Səudiyyə Ərəbistanı Türkiyə rəsmilərini İZLƏYİB - QALMAQAL

Səudiyyə Ərəbistanı Türkiyə rəsmilərini İZLƏYİB - QALMAQAL

10 Avqust 2021
Baxış: 626

Səudiyyə Ərəbistanı İsrailin “NSO Group” şirkəti tərəfindən istehsal edilən “Pegasus” casus proqramı vasitəsilə Tunis parlamentinin sədri Rəşid Qannuşini, BƏƏ-dən və Türkiyədən olan yüksək səviyyəli məmurları izləyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İngiltərənin “Middle East Eye” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, Qannuşinin nömrəsi 2016-cı ildən İsrail texnologiya şirkətinin siyahısındadır. Bu nömrəni tunisli siyasətçinin 10 ildir istifadə etdiyi deyilir.

Mövzu ilə əlaqədar açıqlama verən Qannuşi bildirib ki, qardaş ölkənin demokratik yolla seçilmiş parlament spikerini hədəf alması dəhşətdir:

“Bu, qətiyyən qəbuledilməzdir. Tunis mühafizə qüvvələrini bu məsələni tam araşdırmağa çağırıram”. Axar.az