29 Aprel 2024
"Şəhidin övladını həkimlər öldürüb" - Babasından ŞOK İTTİHAMLAR

"Şəhidin övladını həkimlər öldürüb" - Babasından ŞOK İTTİHAMLAR

18 İyul 2022
Baxış: 455

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə vəfat edib.

2017-ci il təvəllüdlü Hüseyn Cəfərli şokolad kağızının qida borusunda qalması şübhəsi ilə axşam saatlarında xəstəxanaya gətirilib.

Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı azyaşlının babası Etibar Cəfərli Bakupost.az -a açıqlama verib.

O nəvəsinin həkim səhlənkarlığının qurbanı olduğunu bildirib:

"Uşağa ilkin tibbi yardım göstərilməyib. Hüseynin nəfəs borusuna şokolad kağızı yığışıb, ağlayıb. Onu anında deşməli idilər və ya təcili olaraq başqa xəstəxanaya göndərməli idilər. Uşaq Daşkəsəndən xəstəxanaya yeriyərək, gülə-gülə gedib. Vəziyyəti ağır olmayıb".

2 saylı Birləşmiş Xəstəxanadan isə bildirilib ki, azyaşlı xəstəxanaya gec gətirilib və səhhəti ağır olub.

Məlumat üçün bildirək ki, Hüseyn Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin üç övladından biri idi.