29 Aprel 2024
Şəhid ailəsinə zərər vuran şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO

Şəhid ailəsinə zərər vuran şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO

03 Sentyabr 2023
Baxış: 448

Tərtər mənzildən oğurluq edən şəxs saxlanılıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt onun evindən naməlum şəxs pul və zinət əşyaları, bank kartı, müxtəlif sənədlər oğurlayıb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Rabil Aqil oğlu Əhmədov tutularaq istintaqa cəlb edilib.

Şəhid ailəsinin evini yaran oğru ələ keçdi - FOTO/VİDEO

Oğurlanan əşyalar, pul və sənədlər tapılaraq Vəfa Aslanovaya təhvil verilib. Faktla bağlı Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


Qeyd edək ki, Vəfa Aslanova 44 günlük Vətən müharibəsinin şəhidi Yasən Mehtiyevin anasıdır.