29 Aprel 2024
Şamaxı İcra Hakimiyyətindən şəhidə hörmətsizlik
Şamaxı İcra Hakimiyyətindən şəhidə hörmətsizlik

Şamaxı İcra Hakimiyyətindən şəhidə hörmətsizlik

24 İyul 2021
Baxış: 767

Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidə hörmətsizlik olunub. Söhbət itkin düşəndən 90 gün sonra nəşi tapılan kapitan Anar Bəhruz oğlu Heydərovdan gedir. Bu günlərdə şəhidin xatirəsinin əbəiləşdirilməsi üçün doğulduğu Məlhəm kəndində adına bulaq salınıb. Şəhidin əmisi bulağın tikilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etsə də, qurumdan heç bir dəstək gəlməyib.

Bu barədə şəhid Anar Heydərovun əmisi Səyahət Heydərov Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə öz hesabına tikdirdiyi bulağın açılışına belə rayon icra hakimiyyətindən gələn və ya iştirak edən olmayıb:

“Bulağı öz hesabıma tikdirdim. İcra hakimiyyətindən və deputat Tamam Cəfərovanın heç bir köməyi olmadı. Bulağın tikilməsinə dəstək göstərilməsi məqsədilə İcra Hakimiyyətinin aşağı şöbələrindən birinə müraciət etmişdim. Hətta yaxın adamlarımızdan biri Tamam Cəfərovaya bulağın tikilməsinə dəstək üçün müraciət etmişdi. Deputat isə heç bir yardım etməyəcəyini, amma açılışa dəvət olsa, gələcəyini bildirmişdi. Oğlumla öz gücümüzə və hesabımıza bulağı inşa etdik”.