29 Aprel 2024
Sabahın HAVASI

Sabahın HAVASI

24 İyul 2023
Baxış: 316

İyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 14-17 dərəcə isti olacaq.