30 Aprel 2024
Rusiyanın Ukraynadakı ŞOK İTKİLƏRİ - SİYAHI + FOTO

Rusiyanın Ukraynadakı ŞOK İTKİLƏRİ - SİYAHI + FOTO

03 İyun 2022
Baxış: 509

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 30 950 canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 367 ədəd tankı, 3 366 ədəd zirehli döyüş maşını, 675 ədəd artilleriya sistemi, 207 ədəd reaktiv yaylım atəşi sistemi, 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 535 kəşfiyyat PUA-sı, 121 qanadlı raketi, 2 329 ədəd nəqliyyat vasitəsi və avtosisterni, 13 ədəd gəmi-kateri və 51 ədəd xüsusi texnikası məhv edilib.