29 Aprel 2024
Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

31 May 2022
Baxış: 446

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 30 500-yə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 358 ədəd tankı, 3 302 ədəd zirehli döyüş maşını, 649 ədəd artilleriya sistemi, 207 ədəd reaktiv yaylım atəşi sistemi, 93 hava hücumundan müdafiə sistemi, 208 ədəd hərbi təyyarəsi, 174 ədəd helikopteri, 515 kəşfiyyat PUA-sı, 120 qanadlı raketi, 2 275 ədəd nəqliyyat vasitəsi və avtosisterni, 13 ədəd gəmi-kateri və 48 ədəd xüsusi texnikası məhv edilib.