29 Aprel 2024
Rusiyanın Ukraynada daha bir generalı MƏHV EDİLDİ

Rusiyanın Ukraynada daha bir generalı MƏHV EDİLDİ

08 Mart 2022
Baxış: 367

Rusiya ordusunun daha bir generalı Ukraynada döyüşlər zamanı öldürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Söhbət Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordu komandanlığının Qərargah rəisi, general-mayor Vitali Gerasimovdan gedir. Onunla yanaşı, bir sıra yüksək rütbəli zabitlərin də zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Andrey Suxovetski də Ukrayna ilə müharibə zamanı həlak olmuşdu.