29 Aprel 2024
Rusiyanın ilk Energetika naziri koronavirusdan vəfat edib

Rusiyanın ilk Energetika naziri koronavirusdan vəfat edib

26 May 2020
Baxış: 538

Rusiyanın ilk Energetika naziri Vladimir Lopuxin 68 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

AJM-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun dostu, yazıçı Denis Draqunski “Facebook”da bildirib.

Qeyd edək ki, V. Lopuxin Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin prezidentliyi dövründə - 1991-92-ci illərdə ilk hökumətin tərkibində Rusiyanın Energetika və Yanacaq naziri vəzifəsini icra edib. O, istefa verdikdən sonra bank və kommersiya təşkilatlarında aparıcı vəzifələrdə çalışıb

Teqlər: Rusiyanın