29 Aprel 2024
Rusiyanın BU ÖLKƏDƏKİ Baş Konsulluğu BAĞLANDI

Rusiyanın BU ÖLKƏDƏKİ Baş Konsulluğu BAĞLANDI

20 Aprel 2022
Baxış: 462

Litvanın Klaypeda şəhərində Rusiyanın Baş Konsulluğu bağlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Rusiya Baş Konsulluğunun saytında dərc olunmuş məlumatda deyilir.

Bundan əvvəl Litva Rusiyadakı səfirini geri çağırıb. Xarici İşlər Nazirliyi də Rusiya Federasiyası ilə diplomatik nümayəndəlik səviyyəsini aşağı salmaq qərarına gəldiklərini və Rusiya səfiri Aleksey İsakova ölkəni tərk etməyi əmr etdiklərini bildirdib.

Rusiya Xarici İşlər Nazirliyi Litva hakimiyyətinin bu qərarını son dərəcə düşmənçilik adlandırıb. İdarənin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Vilnüsün hərəkətləri ikitərəfli münasibətləri pozmağa yönəlib. O, Rusiyanın Litvanın hərəkətlərinə tezliklə cavab verəcəyinə söz verib.(unikal)