29 Aprel 2024
Rusiya neftinə qoyulan embarqodan Türkiyə ZİYANDA

Rusiya neftinə qoyulan embarqodan Türkiyə ZİYANDA

06 Dekabr 2022
Baxış: 392

Avropa Komissiyası Rusiya neftinin qiymətlərini məhdudlaşdırdıqdan sonra Türkiyə sahillərində neft tankerlərində tıxac yaranıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

“Qərb dövlətləri Rusiya neftinə 60 dollar “qiymət tavanı” tətbiq etdikdən sonra Türkiyə suları neft tankerləri tərəfindən bağlanıb və rəsmi Ankara sığortaçılardan boğazlarından keçən gəmilərin tam sığortalanacağına dair vədlər tələb edir”,- deyə nəşr yazıb.

Qeyd olunur ki, Rusiya Federasiyası Qərb sığorta bazarlarından çıxsa belə, öz neftini ixrac etməyə davam edəcəyinə söz verib.

Qeyd edək ki, Avropa Komissiyası (AK) dekabrın 5-dən Rusiya neftinin bir barelinin 60 dollardan baha olmayacağını açıqlayıb. Bu qərar G7 ölkələri, Aİ və Avstraliya tərəfindən verilib.

Rəsmi Moskva isə AK-nın bu qərarını qəbul etməyəcəyini açıqlayıb.

Bizim.Media