29 Aprel 2024
Rusiya ABŞ və İsraillə əsas BU MƏSƏLƏNİ müzakirə edəcək - MARKOV

Rusiya ABŞ və İsraillə əsas BU MƏSƏLƏNİ müzakirə edəcək - MARKOV

20 Oktyabr 2021
Baxış: 784

Rusiyanın İranla münasibətləri pis deyil. Ona görə düşünürəm ki, Tehran məsələsi əsas məsələlərdən biri olacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bunu rusiyalı ekspert Sergey Markov Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuraları rəhbərlərinin görüşü barədə danışarkən deyib.

“Əlbəttə, vacib məsələlərdən biri də Əfqanıstandır. Orada vəziyyət kəskin şəkildə dəyişib. Əfqanıstanda, xüsusən də Əfqanıstanın şimalında qruplaşmalar yarana bilər. Harada ki, kəskin dəyişikliklər gözlənilir. Əlbəttə ki, Suriya məsələsinə də toxunulacaq”, - ekspert bildirib.

Qeyd edək ki, İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuraları rəhbərlərinin görüşü olacağı barədə razılaşma əldə edildiyini açıqlamışdı.(axar.az)