30 Aprel 2024
Rusiya ABŞ-a xəbərdarlıq etdi

Rusiya ABŞ-a xəbərdarlıq etdi

10 Sentyabr 2021
Baxış: 588

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

AJMEDİA.İNFO xəbər verir ki,Diplomat Rusiya XİN başçısının müavini Sergey Ryabkovla görüşüb.

Görüş zamanı Rusiyada keçiriləcək parlament seçkiləri prosesinə ABŞ-ın texnoloji nəhəngləri tərəfindən müdaxilənin yolverilməzliyi səfirin diqqətinə çatdırılıb. Həmçinin, Rusiya tərəfinin bunu təsdiq edən sübutlara malik olması barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına seçkilər 17-19 sentyabrda baş tutacaq.