29 Aprel 2024
Rusiya 9 maya qədər hansı “qələbə”ni qazanmaq istəyir? - AÇIQLANDI

Rusiya 9 maya qədər hansı “qələbə”ni qazanmaq istəyir? - AÇIQLANDI

20 Aprel 2022
Baxış: 466

"Rusiya işğalçıları mayın 9-na qədər Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq, həm də işğal altındakı Krıma gedən “quru dəhlizi” tutmaq istəyirlər".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik deyib.

“İndi onların məqsədi tamamilə aydındır. Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə qədər sıxışdırmaq və müvəqqəti işğal olunmuş Krımla “quru dəhlizi” əlində saxlamaq. Onların hakimiyyəti məhz bu cür “qələbə”ni xalqına təlqin etməyə çalışacaq. Ancaq Rusiya bununla kifayətlənməyəcək”, - deyə MN sözçüsü bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları bundan sonra digər vilayətlərdə, o cümlədən Xersonda hücumu inkişaf etdirərək mümkün qədər çox ərazini tutmağa çalışacaqlar.