29 Aprel 2024
Röya Aygün Kazımovanın qızı ilə bağlı paylaşımına bunları yazdı - FOTO

Röya Aygün Kazımovanın qızı ilə bağlı paylaşımına bunları yazdı - FOTO

20 İyul 2022
Baxış: 551

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova ötən həftəsonu dənizkənarı məkanlardan birində çıxış edib.

AJMEDİA.İNFO xəbər verir ki, Kazımova övladını həmin gün tək qoymayıb. İfaçı gecədən övladı ilə olan fotosunu yayımlayaraq "Qızım, uğurların bol olsun. Atdığın hər addımında, hər bir seçimində yanındayam, arxandayam. Sənə dəstəyəm, mənim ürəyim" sözlərini yazıb.

Onun paylaşımına Xalq artisti Röya Ayxanın yazdığı şərh diqqət çəkib. Belə ki, Röya Kazımovanın və qızının fotosuna "Maşallah. Bəli, övladlarımız hansı sənəti seçərsə, biz hər zaman onları dəstəkləməliyik. Aygün Kazımova, təşəkkürlər nümunə üçün" sözlərini yazıb.

Aygün isə onun şərhinə ürək işarəsi ilə cavab verib.

Qeyd edək ki, Kazımova ilə R.Ayxan bir vaxtlar qalmaqal yaşamış və küsmüşdü. Sonradan ifaçıların barışdığı deyilsə də, bir neçə dəfə bir-biri ilə bağlı paylaşımlar etsələr də, onlar heç vaxt bir arada görüntülənməyiblər.(Axşam.az)

Röya Aygün Kazımovanın qızı ilə bağlı paylaşımına bunları yazdı