"Hizbullah" dəstələri İsrailin sərhəd yaşayış məntəqələrini...
2 dəqiqə əvvəlRonaldo “qızıl top”a namizədini açıqladı
16 Oktyabr 2021
Baxış: 510
Braziliya millisinin sabiq futbolçusu Ronaldo “qızıl top” mükafatına namizədini açıqlayıb.
"AJMEDİA.İNFO" "Metbuat.az"a istinadən xəbər verir ki, bu barədə İnstaqram hesabında paylaşım edən keçmiş hücumçu “Real”ın futbolçusu Kərim Benzemanın bu mükafata layiq olduğunu deyib:
“Benzema “qızıl top” üçün namizədimdir. O, digərləri arasında ən yaxşısıdır. Ən əsası, Benzema bir çempiondur. Siz belə düşünmürsüz?"
Qeyd edək ki, Ronaldo iki dəfə - 1997-ci ("İnter", "Milan") və 2002-ci ildə "Real") "qızıl top" mükafatına layiq görülüb.