29 Aprel 2024
Reyqanın keçmiş müşaviri Rusiya vətəndaşlığı aldı

Reyqanın keçmiş müşaviri Rusiya vətəndaşlığı aldı

30 Dekabr 2021
Baxış: 524

Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, ölkə prezidenti Ronald Reyqanın keçmiş müşaviri Suzan Massiyə Rusiya vətəndaşlığı verilib.

Müvafiq fərman Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc edilib.

Qeyd edək ki, Massi tarixçi, yazıçı, ictimai və dövlət xadimidir. O, 1984-1988-ci illərdə ABŞ prezidenti Ronald Reyqanın müşaviri olub və Rusiya-Amerika münasibətlərinin normallaşması, soyuq müharibənin başa çatmasında mühüm rol oynayıb. Massi 1985-1986-cı illərdə Reyqanla keçmiş SSRİ prezidenti Mixail Qorbaçov arasında Cenevrədə və Reykyavikdəki görüşlərin hazırlanmasında iştirak edib.