29 Aprel 2024
Rəşid Mahmudov yayılan intim videolardan danışdı: "Qızı boyda xanımlarla..."

Rəşid Mahmudov yayılan intim videolardan danışdı: "Qızı boyda xanımlarla..."

10 Sentyabr 2021
Baxış: 972

Yaşlı və nisbətən tanınmış simaların intim görüntülərinin yayılması cəmiyyətdə böyük ajiotaj doğurub. Bu sırada siyasi fiqurların olması müzakirələrə rəng qatıb.

Diqqətçəkən ən vacib məqam isə həmin şəxslərin tələyə düşdüklərini deməsidir.

Maraqlıdır, kişilər niyə tez “tor”a düşürlər?

Bunlar iradənin zəifliyindənmi baş verir, yoxsa ehtiyatsızlıqdan?

AJMEDİA.İNFO bildirir ki, Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında həmin şəxslərin başlarının yaxşı işləmədiyini deyib:

“Yaşlı adamdı da, başı əvvəlki kimi yaxşı işləmir. Mənim də başım normal işləmir… Nə olsun?

Bu haqda ancaq onu deyə bilərəm ki, baş verən hadisə normal hal deyil. Bunun cavabı odur, vəssəlam! Ayıbdır! Saqqalından ayıbdır. Qızı boyda xanımlarla… Düzgün deyil. Bu barədə başqa nəsə demək istəmirəm heç”.