30 Aprel 2024
Rauf Hüseynova yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Rauf Hüseynova yüksək VƏZİFƏ VERİLDİ - FOTO

27 Fevral 2024
Baxış: 300

Rauf Hüseynov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyin edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov əmr imzalayıb.

O, son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.

Qeyd edək ki, R. Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri vəzifəsində işləyib. (Report)