29 Aprel 2024
Qurban Qurbanov bu klubun baş məşqçi postuna ƏSAS NAMİZƏDDİR: Özü ilə əlaqə saxlanıb, mövsümün sonunda...

Qurban Qurbanov bu klubun baş məşqçi postuna ƏSAS NAMİZƏDDİR: Özü ilə əlaqə saxlanıb, mövsümün sonunda...

19 Mart 2024
Baxış: 260

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov Türkiyənin “Beşiktaş” klubunun baş məşqçi postuna əsas namizəddir.

AJMEDİA.İNFO-nun “Yeni Asır” nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisinin bu vəzifə üçün artıq bir neçə variantı var.

Həmin siyahıya isə azərbaycanlı mütəxəssis başçılıq edir. Bildirilib ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb. Aybaba həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub.

Klub rəhbərliyi hazırkı baş məşqçi Fernandu Santuşla yayda yollarını ayırmağı nəzərdən keçirir.

Qeyd edək ki, Fernandu Santuşun “Beşiktaş”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Superliqada 46 xalla 4-cü pillədə qərarlaşıb.(Report)