29 Aprel 2024
Qəzzadan Aşdod istiqamətində iki raket atıldı

Qəzzadan Aşdod istiqamətində iki raket atıldı

18 Yanvar 2021
Baxış: 1913

Qəzzanın şimalından İsrailə iki raket atılıb. IHQ sözçüsü 18 yanvar bazar ertəsi günü səhər saatlarında mərmilər Aşdod bölgəsindəki dənizə düşüb. Bölgədəki raket əleyhinə siqnal işə yaramayıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.

IHQ etdiyi açıqlamada "Qəzzanın şimal hissəsindən, Aşdod bölgəsindəki sahil bölgəsinə doğru, sirenanı işə salmayan iki raket atışının qeydə alındığını" söyləyib. Raket atəşinə cavab olaraq, IHQ Qəzzadakı Həmas yeraltı tunellərinə qarşı hava hücumlarına başlayıb.

“İsrail Müdafiə Qüvvələri İsrailə qarşı bütün terror fəaliyyətlərinə çox ciddi yanaşır və İsrail vətəndaşlarına və suverenliyinə zərər vurmaq cəhdlərinə qarşı lazımlı qədər qətiyyətli davranmağa hazırdır. Terror təşkilatı HƏMAS Qəzzada və xaricdə baş verənlərdən cavabdehdir və İsrail vətəndaşlarına qarşı törədilən terror aktlarının nəticələrini daşıyacaq "deyə IHQ mətbuat xidmətindən bildiriblər.