29 Aprel 2024
Qəzzada ərəblər “İsrail üzərində qələbə”ni bayram edir

Qəzzada ərəblər “İsrail üzərində qələbə”ni bayram edir

21 May 2021
Baxış: 655

Qəzza sektorunun əhalisi saat 2:00-dan etibarən küçələrə çıxaraq, HƏMAS-ın İsrail üzərində qələbəsini qeyd etməyə başlayıb.

AJMEDİA.info xəbər verir ki, bu məlumatı “Saut əl-Əqsa” radiosu yayıb. Məlumata görə, tədbirlər İordan çayının qərb sahilində də keçirilib.

Qəzzada tədbirlərin İsrail ordusu tərəfindən dağıdılmış binalar fonunda keçirildiyi bildirilib.

Qeyd edək ki, İsraillə Fələstin arasında toqquşma 11 gün davam edib. Nəticədə hər iki tərəfdən ümumilikdə 230 nəfər həlak olub.