29 Aprel 2024
Qəzada ölən ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” yazdı və ... - Azərbaycanda film kimi HADİSƏ

Qəzada ölən ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” yazdı və ... - Azərbaycanda film kimi HADİSƏ

13 Oktyabr 2022
Baxış: 425

Bakıda intihar hadisəsi olub.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb. 34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq, həyatına son qoyub.

Bildirilib ki, Nahidə Umudova bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində ölən "Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Fəxri Umudovun həyat yoldaşıdır.

Oxu.az-ın əldə etdiyi məlumata görə isə 34 yaşlı Umudova Nahidə Sadiq qızı səhər saat 04:00 radələrində özünü yaşadığı evin həyətindəki qaz borusundan asıb. Onun meyitini bacısı və qonşusu aşkar ediblər.

N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna "Mən sənsiz qala bilmərəm” sözlərini yazıb və intihar edib.

Cütlük 12 il evli olublar. 10 il uşaqları olmayıb. Daha sonra bir qızları olub və hazırda 2 yaşı var.