29 Aprel 2024
Qeysəriyyədə Netanyahunun evinin yaxınlığında etiraz aksiyası

Qeysəriyyədə Netanyahunun evinin yaxınlığında etiraz aksiyası

11 İyun 2023
Baxış: 424

İyunun 11-i bazar günü səhər saatlarında “Silahlı Qardaşlar” ictimai təşkilatından yüzlərlə nümayişçi baş nazir Benyamin Netanyahunun Qeysəriyyədəki evinin yaxınlığında etiraz aksiyası keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, nümayişçilər hökumət başçısından hüquqi islahatların gedişini dayandırmağı və ədliyyə naziri Yariv Levini vəzifəsindən azad etməyi tələb edirlər.

Qeyd edək ki, ötən gecə baş nazir Binyamin Netanyahu və ədliyyə naziri Yariv Levinin gəlişini gözləyən nümayişçilər Qeysəriyyədəki Dan otelinin yaxınlığında toplaşıblar.