08 May 2024
Qazaxıstanda cərəyan edən proseslərdə KQB-nin dəsti-xətti görünür - Politoloq

Qazaxıstanda cərəyan edən proseslərdə KQB-nin dəsti-xətti görünür - Politoloq

06 Yanvar 2022
Baxış: 722

"Qazaxıstanda cərəyan edən proseslər KQB-nin dəsti-xəttidir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Qazaxıstanda son günlər baş verən olayların pərdə arxasında kimlərin dayandığına aydınlıq gətirərkən deyib:

"Qədim dünyada belə bir söz vardı: "Bütün yollar Romadan keçir”. Bu mənada Qazaxıstan məsələsində də bütün şübhələr Rusiyanın üzərinə gedir”.

Politoloq bildirir ki, son dövrlər Qazaxıstanda həyata keçirilən bir sıra addımlar Moskvanın ciddi qəzəbinə səbəb olub:

"Türk Dövlətləri Təşkilatının yaranması, ora indiyə kimi kənarda qalan Türkmənistan kimi yeni üzvlərin qəbulu, təşkilatın inkişafında Nursultan Nazarbayevin oynadığı rol, Qazaxıstanın son zamanlar qərbyönümlü siyasətini açıq şəkildə ifadə etməsi, Türkiyə ilə bağlanan hərbi saziş, ardınca rus dilinin rəsmi dil statusunun ləğvi, latın qrafikasına keçilməsi, bütün bunlar Moskvada belə təəssürat yaradıb ki, sözügedən ölkə artıq Rusiyaya münasibətdə qeyri-səmimi davranır. Ona görə də, Kreml Qazaxıstanı cəzalandırmaq qərarı verib”.

Həmsöhbətimizin fikrincə, Moskva Qazaxıstandakı olayların baş tutması üçün ölkədəki tayfa-klan qarşıdurmasından, dövlətçilik, milli şüuru olmayan müəyyən təbəqələrdən, xüsusən də gənclərdən istifadə edir:

"Qazaxıstanda cərəyan edən proseslər, bir sözlə, KQB-nin dəsti-xəttidir. Digər tərəfdən, hadisə baş verən kimi, KTMT-nin hərbi qüvvələrinin Qazaxıstana göndərilməsi məsələsinin qaldırılması da onu göstərir ki, sözügedən prosesin arxasında məhz Rusiya dayanır. Prosesin gedişatı buna heç bir şübhənin olmadığını göstərir”.