20 May 2024
Onlar yenidən deputat olmayacaqlar – SENSASİYALI SİYAHI

Onlar yenidən deputat olmayacaqlar – SENSASİYALI SİYAHI

08 May 2024
Baxış: 370

Növbəti parlament seçkiləri və həmin parlamentin yeni nümayəndələrinin kimlər olacağı hazırda ən çox müzakirə edilən mövzulardandır.

AJMEDİA.İNFO xəbər verir ki, pravda.az saytının iddiasına əsasən, hazırkı deputatların bir hissəsi VII çağırışda yer almayacaq, xüsusilə siyasi partiya təmsilçiləri yenilənəcək. Beləliklə sayt növbəti çağırışda təmsil olunmayacağı bildirilən deputatların adlarını belə təqdim edib:

Ülviyyə Ağayeva (bitərəf) Əminə Ağazadə (bitərəf), Jalə Əhmədova (bitərəf), Jalə Əliyeva (bitərəf) Sevinc Hüseynova (YAP), Ülviyyə Həmzəyeva (YAP), Məlahət İbrahimqızı (YAP), Pərvin Kərimzadə (YAP).

Parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadədir (83 yaş). Onu Eldar İbrahimov (79 yaş) və Mixail Zabelin (78 yaş) izləyir.

Sayt eyni zamanda yaşı “70-i ötmüşlər” siyahısındakı digər deputatların adlarını təqdim edib:

- Vahid Əhmədov (77 yaş);

- Əhliman Əmiraslanov (76 yaş);

- İsa Həbibbəyli (75 yaş);

- Tahir Rzayev (74 yaş);

- Aqiyə Naxçıvanlı (74 yaş);

- Fəzail İbrahimli (73 yaş);

- Elman Məmmədov (73 yaş);

- Rasim Musabəyov (73 yaş);

- Bəxtiyar Sadıqov (73 yaş);

- Eldar Quliyev (72 yaş);

- Əli Məsimli (71 yaş);

- Aqil Abbas (71 yaş);

- Cavanşir Paşazadə (71 yaş);

- Sabir Hacıyev (70 yaş);

- Asim Mollazadə (70 yaş).

O da qeyd olunur ki, siyahının bir qədər də böyüyəcəyi istisna deyil.