29 Aprel 2024
“Qarabağ”ın futbolçusu: “Nəriman Axundzadə ilə rəqs videomuza görə...” - VİDEO

“Qarabağ”ın futbolçusu: “Nəriman Axundzadə ilə rəqs videomuza görə...” - VİDEO

11 Aprel 2024
Baxış: 276

“Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “İdman Bizimlə” verilişinin qonağı olan “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

23 yaşlı müdafiəçi bildirib ki, tənqidlə üzləşdikləri video heç də əvvəlcədən hazırlanmamışdı:

“Əslində, qızımın doğum günü “Bayer”lə oynadığımız gün idi. Sadəcə Azərbaycanda olmadığım üçün qeyd edə bilməmişdik. Nərimanla rəqs videomuza gəldikdə isə o, qabaqcadan hazırlanmış bir şey deyildi. Ad gününün gedişatında belə alındı. Çoxları videoya mənfi rəylər yazdı. Xeyli tənqid olunduq. Düşünmürəm ki, biz orda tənqid olunası nəsə eləmişdik. Bu, qızımın doğum günü idi. Orda yalnız yaxın adamlar var idi. Ailəmizin, yaxınlarımızın yanında da rahat ola bilməyəcəyiksə, harada olacağıq?”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında 1/8 finalda “Bayer”ə uduzaraq mübarizəni dayandırıb.

Həmin görüntüləri təqdim edirik: