29 Aprel 2024
Qadın qızı ilə birləşib ərini öldürdü - Bakıda DƏHŞƏTLİ QƏTL

Qadın qızı ilə birləşib ərini öldürdü - Bakıda DƏHŞƏTLİ QƏTL

04 Oktyabr 2021
Baxış: 715

Bakıda qətl hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə oktyabrın 2-də paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Məlumata görə, 39 yaşlı Vüqar Eyyubovu arvadı Mahirə Eyyubova və qızı 17 yaşlı Validə Eyyubova qətlə yetirib.

Ana qızı ilə V.Eyyubovun baş və bədən nahiyələrinə küt alətlə xəsarət yetirərək öldürüb. Daha sonra, cinayəti törətməkdə şübhəli bilinən ana və qızı V.Eyubovun intihar etməsi görüntüsü yaratmaqdan ötrü, onun qol nahiyələrini kəsiblər.

Hadisədə şübhəli bilinən M.Eyyubova və V.Eyubova saxlanıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.(oxu.az)