29 Aprel 2024
Qabi Aşkenazi atəşkəs razılaşmasında Misirin rolunu yüksək qiymətləndirdi

Qabi Aşkenazi atəşkəs razılaşmasında Misirin rolunu yüksək qiymətləndirdi

24 May 2021
Baxış: 507

İsrail xarici işlər naziri Qabi Aşkenazi və misirli həmkarı Samih Şükri arasında telefon danışığı baş tutub.

AJMEDİA.info xəbər verir ki, telefon söhbəti zamanı israilli nazir ölkəsinin Fələstin tərəfi ilə atəşkəs razılaşmasına əməl edəcəyini söyləyib.

Q.Aşkenazi atəşkəs razılaşmasında Misirin rolunu yüksək qiymətləndirib.